Peşəkar idarəetmədə smart dəstək

Biznesə fokuslanın,
enerji və büdcəyə qənaət edin

haqqında

Beynəlxalq səviyyədə ixtisaslaşmış, təcrübəli, intellektual komanda

“VERSE” müxəlif sektorlarda kiçik, orta və iri sahibkarlara “köməkçi” biznes proseslerində dəstək göstərməkdədir. Göstərilən xidmətlərin başlıca istiqaməti “əsas” biznes fəaliyyətinin maliyyə nəticələrinin dürüst, dəqiq və adekvatlığının təmin edilməsi, daim yenilənməkdə olan təcrübənin tətbiqidir. “VERSE” komandası birliyin gücünə, mümkünsüzlüyün iflasına və innovativ alətlərin effektivliyinə inanır.

Əsas biznes prosesi

Biznesin əsas gəlir mənbəyi üzrə səciyyəvi olan işgüzar fəaliyyəti onun əsas biznes proseslərini müəyyən edir. Bu proseslərə diqqətin artırılması rəqabət qabiliyyətinin yüksəldilməsi və mənfəətin maksimallaşdırılması üçün ən mühüm amildir.

Köməkçi biznes prosesi

Əsas işgüzar fəaliyyətlə birbaşa əlaqəsi olmayan köməkçi biznes prosesləri sağlam fəaliyyətin davamlılığında əhəmiyyətli iştirakçıdır. Köməkçi biznesin effektiv dəstəklənməsi korporativ məqsədlərə çatmaq üçün ən optimal seçimdir.

Xİdmətlər

Qabaqcıl metod, individual task-based yanaşma, çevik həllər

Təşkilati-hüquqi dəstək

Yerli və xarici mülkiyyətli iqtisadi subyektlərin təsis edilməsi (fiziki, hüquqi şəxslərin, filial və ya nümayəndəliklərin qeydiyyatı), ləğvi. Subyektin fəaliyyətini səciyyələndirən sənədləşmələrin həyata keçirilməsi (lisenziyaların, sertifikatların alınması, bütün növ müqavilələrin tərtib edilməsi, iqtisadi obyektlərin qanunun tələbinə müvafiq şəkildə rəsmiləşdirilməsi).

Vergi uçotu

AR qanunvericiliyinin tələblərinə uyğun, həmçinin optimal vergi uçotunun təşkili. Müvafiq mükəlləfiyyət üzrə öhdəliklərin adekvat yerinə yetirilməsi (vergi bəyannamələrinin, MDSS, statistika, məşğulluq hesabatlarının təqdim edilməsi). Vergi planlaşdırılması, risklərin müəyyən edilməsi. Vergi orqanları qarşısında iqtisadi subyektlərin təmsil edilməsi.

Mühasibat uçotu

Mühasibat uçotunun beynəlxalq standartlar əsasında peşəkar təşkili, bərpası, uçot siyasətinin müəyyən edilməsi. Dövri maliyyə hesabatlarının beynəlxalq standartlarla dəqiq və şəffaf hazırlanması. Maliyyə itkilərinin və digər kənarlaşmaların qarşısının alınması, daxili auditin həyata keçirilməsi. Konstruktiv hesabatlılıq xəritəsi ilə fəaliyyətin analizi, proqnoz və məsləhətin verilməsi.

İnsan resurslarının idarəedilməsi

AR Əmək məcəlləsinin tələbləri əsasında insan resurslarının idarəedilməsi – təlimatların, işə qəbul, məzuniyyət, ezamiyyə, işdən azadolma və digər hallarla bağlı sənədlərin hazırlanması. Əməyin ödənişi üzrə bütün növ əməliyyatların (əmək haqqının , ondan müvafiq tutulmaların hesablanması, ödənilməsi, işçilərin qanunla müəyyən edilmiş hallarda sığorta və digər ödənişlərlə təmin edilməsi və nəzarətedici orqanlara hesabatların verilməsi) həyata keçirilməsi. İşəgötürənin və işçilərin hüquqlarının qorunması.

IT xidməti

Biznes proseslərinin avtomatlaşdırılması, rəqəmsal transformasiya – mühasibat uçotu əməliyyatlarının əks etidirilməsi üçün əlverişli, müxtəlif modullarda ERP proqram təminatlarının və lazımi avadanlıqların quraşdırılması, sazlanması və dövri xidmətin göstərilməsi, müxtəlif növ serverlərin qurulması, sazlanması və idarə edilməsi. Şəbəkə layihələrinin hazırlanması. İş qrafikinə nəzarət istiqamətli "access control" sisteminin yaradılması. Təhlükəsizlik cihazlarının, IP telefoniya sisteminin qurulması.

Sair dəstək

Gömrük brokeri vasitəçiliyi. Miqrasiya xidmətləri - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşaması və əmək fəaliyyəti ilə bağlı dəstək. Excell həllər.

Əlaqə

Yüksək motivasiya, zövqlü əməkdaşlıq, korporativ dəyər

info@verse.az +994 50 609 35 14

Ünvan

Bakı, Nərimanov,
Qarabağ 12B,
AZ1000

BİZİ İZLƏYİN